MƏDƏNİYYƏT


ASSİTEJ-in prezidenti Gənc Tamaşaçılar Teatrında olub

Bakı, 7 noyabr, AZƏRTAC

V Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSİTEJ) prezidenti İvet Hardi noyabrın 7-də Gənc Tamaşaçılar Teatrının kollektivi ilə görüşüb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan V Bakı Beynəlxalq Teatr Konfransının icraçı katibi Şaiq Səfərov ASSİTEJ-in fəaliyyəti haqqında məlumat verib.

“ASSİTEJ uzun illərdir ki, dünyanın dörd bir yanında mədəniyyətin inkişafı, mədəniyyətlərarası dialoqun yaranması üçün ciddi fəaliyyət göstərir. Sevindirici haldır ki, 2011-ci ildə Gənc Tamaşaçılar Teatrı böyük səs çoxluğu ilə ASSİTEJ-in İcraiyyə Komitəsinin Fransada keçirilən qurultayında qurumun üzvlüyünə qəbul edilib. Qurultay zamanı Gənc Tamaşaçılar Teatrı bu nüfuzlu beynəlxalq təşkilatın Azərbaycan Milli Mərkəzi elan olunub. Bu hadisə Gənc Tamaşaçılar Teatrının tanınmasına, beynəlxalq əlaqələrini genişləndirməsinə yardımçı olub”, - deyə natiq bildirib.

АSSİTEJ-in prezidenti İvet Hardiyə Bakıda növbəti Teatr Konfransında olmaqdan məmnunluğunu dilə gətirib: “Artıq beşinci dəfədir ki, Bakıya gəlirəm və hər gəlişim mənim üçün xüsusi hadisədir. Bu dəfə də sizlərlə görüşümüzə çox önəm verirəm və təqdim edəcəyim slayd vasitəsilə rəhbərlik etdiyim təşkilat haqqında məlumat vermək istəyirəm. Əslində hamınıza bəllidir ki, ASSİTEJ uşaqların, yeniyetmələrin və gənclərin tərbiyəsinə ayrı yöndən yanaşmağa, bir qədər də kreativ baxmağa çalışır. İrəli sürdüyümüz bütün layihələr, müştərək işlər məhz bu konsepsiyanı inkişaf etdirmək üçündür”. Daha sonra İveta Hardi video və fotoslayd vasitəsilə ASSİTEJ-in dünyanın müxtəlif ölkələrində gördüyü işlər, yeni tamaşalar və konfransları haqqında məlumat verib. 3 yaşadək uşaqlar üçün qurulan tamaşalar tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Tədbir bu istiqamətdə müzakirələr və polemikalarla davam edib. Sonda qonaq görüşün təşkili üçün Mədəniyyət Nazirliyinə və Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.