ASSOSİASİYALAR SUDAN SƏMƏRƏLİ İSTİFADƏ EDİLMƏSİNƏ NƏZARƏT EDƏCƏK
Kürdəmir rayonunun Öydəqulu kəndində yaradılmış Sudan İstifadə Assosiasiyası sudan qənaətlə və səmərəli istifadə olunmasına nəzarət edəcəkdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə demişlər ki, 70 min hektar suvarılan sahəsi olan rayonda yay aylarında əkinlərin, həyətyanı sahələrin suvarılmasında müəyyən çətinliklər yaranır. Belə Assosiasiyalar bu sahədə xeyli işlər görəcək su arxlarının təmizlənməsini hidrotexniki qurğuların istismarını, sudan qənaətlə və itkisiz istifadə olunmasına nəzarəti həyata keçirəcəkdir.