MƏDƏNİYYƏT
AVROPADA İSLAM UNİVERSİTETLƏRİ AÇILIR
BİUF-nin prezidenti doktor Cəfər Əbdülsəlam fakültənin açılması ilə əlaqədar Avstriya İslam Akademiyasının direktoru ilə görüşərək, Avropada müsəlmanların problemləri, Avropa və müsəlman mədəniyyətləri arasında qarşılıqlı əlaqə yaradılmasında mövcud olan bəzi çətinliklərlə bağlı məsələləri müzakirə etmişdir. Görüşdə bu ilin ikinci yarısında Avstriyada İslam problemlərinə dair beynəlxalq konfrans keçirilməsi haqqında razılıq əldə olunmuşdur. Bundan əlavə, ali məktəb səviyyəsində mükəmməl kitabxana yaradılması planlaşdırılır. Bu işdə BİUF, əl-Əzhər Universiteti və Dünya İslam Cəmiyyəti də iştirak etmək fikrindədir. Belə bir kitabxananın yaradılması İslam Akademiyasının, Avstriya qanunvericiliyinə uyğun olaraq, mükəmməl bir universitetə çevrilməsinə imkan verəcəkdir.