RƏSMİ XRONİKA
AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HAYNZ FİŞERƏ
Hörmətli cənab Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Azərbaycan ilə Avstriya arasındakı münasibətlərin hazırkı səviyyəsindən məmnunluq duyuram. Ümidvaram ki, bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Avstriya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 oktyabr 2006-cı il.