İQTİSADİYYAT
AZALJET aşağıbüdcəli brendi ləğv olunur
Bakı, 8 sentyabr, Elvin Camalov, AZƏRTAC
“Buta Airways” aşağıbüdcəli aviaşirkətin işə salınması ilə əlaqədar olaraq 2017-ci il oktyabrın sonundan etibarən Azərbaycan Hava Yollarının (AZAL) tariflərində bir sıra dəyişikliklər olacaq.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. AZALJET aşağıbüdcəli brendi tamamilə ləğv olunur və baqajın daşınmasını nəzərdə tutmayan xüsusi endirimli tariflər də daxil olmaqla yeni tariflər tətbiq ediləcək. Digər tariflər də barədə oktyabrın sonuna yaxın elan ediləcək.
Qeyd edək ki, AZAL-ın bütün yeni tariflərinə əl yükü (10 kiloqram) və təyyarə göyərtəsində tam çeşidli qidalanma (seçimə uyğun isti yemək, desertlər, salatlar, soyuq və isti içkilərin bütün növləri) daxil olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]