SİYASƏT
AZƏRBAYCANDA FƏALİYYƏT GÖSTƏRƏN İŞ ADAMLARI BİRLİK VƏ İTTİFAQLARI PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT QƏBUL ETMİŞLƏR
Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Əhməd Erentok, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Ticarət Palatasının prezidenti Stenli Eskudero bildirmişlər ki, ölkəmizdə fəaliyyət göstərən, 100 minlərlə işçisi olan, 10 mindən artıq biznes müəssisəsini birləşdirən 15 əsas QHT Prezident İlham Əliyevə müraciət qəbul etmişdir. Qeyd edilmişdir ki, müraciət ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttini dəstəkləyən sənəddir və biz, eyni zamanda, bu müraciətlə öz mövqeyimizi Azərbaycan xalqına, beynəlxalq ictimaiyyətə də açıqlayırıq. Biz dövlətimizin başçısının Azərbaycanı dünyanın öndə gedən ölkələrindən birinə çevrilməsi uğrunda, xalqın xoşbəxt gələcəyi naminə apardığı islahatlara öz işimizlə yaxından kömək etmişik və bundan sonra da edəcəyik. Biz Azərbaycana daha çox sərmayə yatırılması və iqtisadiyyatın daha da inkişafı üçün səylərimizi əsirgəməmişik və bundan sonra da əsirgəməyəcəyik.
İki dildə (Azərbaycan və ingilis) qəbul olunmuş müraciətin mətni oxunmuş, QHT rəhbərləri tərəfindən imzalanmışdır. Bildirilmişdir ki, müraciət Azərbaycan Prezidentinə bu gün təqdim ediləcəkdir.
Sonda kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılmışdır.