İQTİSADİYYAT
AZƏRBAYCANDA İLK DƏFƏ...
Azərbaycan Neft Maşınqayırma İnstitutunda radioaktiv tullantıları konteynerlərdə daşıyan, özü yükləyib-boşaldan xüsusi qurğu hazırlanmışdır. İnstitutun mütəxəssisləri insan həyatı üçün xüsusilə təhlükəli olan bu yüklərin daşınması zamanı şüalanmadan qorunmaq məqsədi ilə qurğuşundan və digər etibarlı materiallardan istifadə etmişlər.
Qurğu “MAZ-6303” markalı yük maşınının şassisi üzərində quraşdırılmış xüsusi kuzovdan, kran manipulyatordan, köməkçi işləri görən hidravlik intiqallı bucurqaddan ibarətdir.
Bu qeyri-adi sifariş instituta Avropa Birliyi tərəfindən verilmişdir. İşğaldan azad olunacaq ərazilərimiz yoxlanılarkən nüvə tullantıları aşkar edilərsə, onların daşınmasında bu maşından istifadə edilə bilər.