SİYASƏT
AZƏRBAYCANIN AVROPA MƏHKƏMƏSİNDƏ HAKİMİ RƏSMİ OLARAQ ÖZ FƏALİYYƏTİNƏ BAŞLAMIŞDIR
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyindən müxbirimizə bildirmişlər ki, mayın 28-də Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasından Avropa Məhkəməsinə hakim seçilmiş Xanlar Haçıyevin andiçmə mərasimi olmuşdur. Mərasimdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Luizidus Vildhaber və digər ölkələrin hakimləri iştirak etmişlər. Beləliklə, ölkəmizin Avropa Məhkəməsində hakimi Xanlar Haçıyev rəsmən öz fəaliyyətinə başlamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris