SİYASƏT
AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ UKRAYNAYA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev aprelin 8-də Kiyevə rəsmi səfərə gəlmişdir.
Kiyevin “Borispol” beynəlxalq hava limanında S.Əbiyevi Ukrayna müdafiə nazirinin müavini İ.Timofeyev, Azərbaycanın Ukraynadakı səfiri T.Əliyev, digər rəsmi şəxslər qarşılamışlar.
Həmin gün Səfər Əbiyev Ukraynanın müdafiə naziri Yevgeni Marçukla görüşmüşdür. Danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Gözlənildiyinə görə, səfər çərçivəsində Azərbaycanın müdafiə naziri Ukrayna Prezidenti Leonid Kuçma, Baş nazir Viktor Yanukoviç və Ali Radanın sədri Vladimir Litvin ilə də görüşəcəkdir.