AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN FƏALİYYƏTİNİ ƏKS ETDİRƏN YENİ MUZEY
AZƏRTAC-ın verdiyi xəbərə görə, Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı yaradılan xüsusi muzey bu il aprelin 15-dək istifadəyə veriləcəkdir. Burada müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli şəxsiyyətin müxtəlif vaxtlarda dövlətin və xalqın təhlükəsizliyi sahəsində göstərdiyi xidmətlərin bütün dövrləri əhatə olunacaq, eksponatlar genişləndiriləcəkdir. Eyni zamanda alim və tədqiqatçılara MTN-nin arxivlərində işləmək üçün imkan veriləcəkdir. Belə ki, beş yeni kabinetdə onların uzun müddət tədqiqat aparmaları üçün hər cür şərait yaradılacaqdır.