AZƏRBAYCANIN XARİCİ ÖLKƏLƏRDƏKİSƏFİRLİKLƏRİNDƏ YOXLAMALAR APARILACAQ
AzerTAg.az
Maliyyə naziri Əvəz Ələkbərov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, artıq Xarici İşlər Nazirliyinə bu barədə məlumat verilib və təftiş olunacaq səfirliklərin siyahısı təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrdəki səfirliklərimizin sayının artırılması ilə bağlı təklifi də diqqətlə öyrənilir. Milli Məclisdə 2004-cü ilin dövlət büdcəsi təsdiq olunarkən dövlət əhəmiyyətli vacib tədbirlərin həyata keçirilməsi üçün ehtiyat fondunda 70 milyard manat vəsait nəzərdə tutulmuşdur. Səfirliklərin açılması da bu vəsaitin hesabına həyata keçiriləcəkdir.
Ən çox vəsait Avropa ölkələrində yaradılacaq səfirliklər üçün tələb olunur. Çünki bu ölkələrdə əmək haqqı, binaların icarə haqqı yüksəkdir. Müzakirələr gedir və ilk növbədə daha vacib ölkələrdə Azərbaycanın dipkorpusları açılacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var