Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Bu gün çox gözəl bir gündür. Bu gün biz Bakı şəhərinin çox gözəl yerlərindən birində Ali Məhkəmə binasının təməl daşını qoyduq. Mən əminəm ki, qısa müddət ərzində gözəl bina tikiləcək və beləliklə, Bakıda çox gözəl, əzəmətli ədalət sarayı ucalacaqdır. Bu, çox gözəl haldır və Azərbaycanın ümumi inkişafını göstərir. Ölkəmizdə gedən çox geniş quruculuq, abadlıq işləri, eyni zamanda, inzibati binaların tikintisinə də imkan yaradır. Biz çalışırıq ki, Azərbaycanda, Bakıda bütün binalar zövqlə tikilsin, ən yüksək standartlara cavab versin və gözəl iş şəraiti olsun.

Əlbəttə, Ali Məhkəmənin binasının tikintisi xüsusi əhəmiyyət kəsb edir. Çünki inkişaf etmiş bütün ölkələrdə ali məhkəmələrin binaları çox əzəmətli görkəmdədir. Biz çox istəyirdik ki, Bakıda da belə bir çox gözəl bina tikilsin. Bu binanın layihəsi hazırlananda biz ona birlikdə baxmışıq. Bu gün də burada nümayiş etdirilən görüntülər göstərir ki, bina ən yüksək standartlara cavab verəcəkdir. Burada çox gözəl iş şəraiti yaradılacaq və əlbəttə, binanın tikilməsi məhkəmə işçilərinə çox böyük hədiyyə olacaqdır. Şübhəsiz ki, burada işləmək də çox rahat olacaq və eyni zamanda, bu bina şəhərimizə də əlavə gözəllik verəcəkdir. Bina tikilən zaman ətraf binalara da əl gəzdirmək lazım gələcəkdir. Mən artıq müvafiq göstərişlər verdim. Bütövlükdə bu ərazi ən yüksək müasir standartlara cavab verəcək və şəhərimizə gözəllik verəcəkdir.

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi işi sürətlə gedir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə məhkəmə-hüquq islahatları aparılmağa başlanmışdır. Bu işlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır və bu gün uğurla davam etdirilir. Çünki məhkəmə-hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında çox böyük əhəmiyyət kəsb edir. Hətta inkişaf etmiş ölkələrdə də bu proses daim gedir. Yəni, bu prosesin əvvəli var, amma sonu yoxdur.

Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inkişafına öz töhfəsini verməlidir.

Bildiyiniz kimi, Azərbaycanda iqtisadi islahatlar çox sürətlə aparılır, xarici sərmayə qoyulur və bu göstəriciyə görə Azərbaycan bölgədə birinci dövlətdir. Adambaşına düşən xarici sərmayələrin həcmi Azərbaycanda ən yüksək həddədir. Əlbəttə ki, məhkəmə sisteminin müasir olması xarici investorlara daha da böyük inam verir. Adətən, bütün investorlar, ilk növbədə, ölkədə mövcud olan qanunvericilik bazasını öyrənirlər, vergilər sistemini, oradakı vəziyyəti öyrənirlər, eyni zamanda məhkəmə-hüquq sisteminin vəziyyətini öyrənirlər. Bu sahədə hələ böyük islahatlar aparılmalıdır. Çünki hələlik nöqsanlar da kifayət qədərdir. Bölgələrdən gələn müraciətlərdə də, demək olar ki, məhkəmə sistemindəki vəziyyət narahatlıq doğurur. Düzdür, bunun təbii səbəbləri də var. Çünki qəbul edilən məhkəmə qərarları, cəza tədbirləri, təbii ki, bəzi hallarda insanları müraciətlə çıxış etməyə vadar edir. Çünki cəza çəkən insanlar, yaxud da məhkəmədə zərər çəkən insanlar təbii, istəyirlər ki, öz hüquqlarını bərpa etsinlər. Ancaq eyni zamanda, biz gərək bütün müraciətlərə böyük diqqətlə yanaşaq, onları araşdıraq və məhkəmə sistemində olan bütün nöqsanları aradan qaldıraq. Hələ ki, bu nöqsanlar var. Siz də bunları yaxşı bilirsiniz və ictimaiyyət də bunu bilir. Mən ümid edirəm ki, Ali Məhkəmənin yeni rəhbərləri və onlar tərəfindən başlanmış işlər, tədbirlər bu sistemdə ciddi dönüşün yaranmasına imkan yaradacaqdır.

Bildiyiniz kimi, Məhkəmə-Hüquq Şurasının yaradılması da bu istiqamətdə çox mühüm bir addımdır. Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir. Bu sahədə əlbəttə ki, çox böyük işlər görülməlidir. Bir tərəfdən, məhkəmələrin maddi-texniki bazası möhkəmlənməlidir. Bu istiqamətdə işlər aparılır, Azərbaycanın müxtəlif bölgələrində yeni binaların tikintisi nəzərdə tutulubdur.

Eyni zamanda, hakim korpusunun peşəkarlığı da artırılmalıdır. Artıq bu işdə şəffaflıq təmin olunur. Hakimlərin seçilməsi prosesi şəffaf keçirilir, hakimlərin sayı artırılır və beləliklə, bütövlükdə məhkəmə sisteminin möhkəmlənməsi prosesi uğurla gedir. Əlbəttə, bu gözəl binanın tikintisi də bu istiqamətdə atılan çox gözəl addımdır. Ümid edirəm ki, bina tezliklə tikilib istifadəyə veriləcəkdir. Bir daha demək istəyirəm ki, bina həm şəhərə gözəllik verəcək, həm də burada iş şəraiti çox yüksək səviyyədə olacaqdır.

Hamı qanun qarşısında bərabər olmalıdır. Bütün qərarlar ədalətli olmalıdır. Ədalətsiz qərar insanların taleyinə təsir edir. Əgər qəbul edilmiş qərar ədalətsizdirsə, insanlar çox böyük əziyyət çəkirlər. Ona görə məhkəmə səhvləri, əlbəttə, hər bir insanın taleyində çox böyük rol oynayır. Biz buna yol verməməliyik. Eyni zamanda, cinayət törətmiş insanlar da məsuliyyətdən yayınmamalıdırlar. Hər bir cinayətin öz cəzası olmalıdır. Bununla bərabər, günahsız insanlar heç vaxt ədalətsiz qərarların qurbanları olmamalıdırlar. Bu, məhkəmə sisteminin əsas prinsipləridir və əminəm ki, Azərbaycanda bu sahədə aparılan işlər və görülən tədbirlər qısa müddət ərzində öz nəticələrini verəcəkdir.

Mən bu gözəl binanın tikintisi ilə əlaqədar sizin hamınızı bir daha ürəkdən təbrik edirəm. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin kosmosa yeni astronavtlar göndərir

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb  YENİLƏNƏCƏK

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər

ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini: Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir - MÜSAHİBƏ

Alman mühəndis: Kosmik çəkilişlərin 50 faizi aqrar sektor üçün istifadə olunur

Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm

“Bilim hər yerdə” layihəsi Laçında

“Rehabus” layihəsi üzrə əlilliyi olan 1400-dən çox şəxsə xidmət göstərilib

CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb

AFFA Premyer Liqanın 6 klubunu cərimələyib

Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb

Şöbə müdiri: Azərbaycan əhalisi ÜST-nin tövsiyəsindən üç dəfə çox şəkər qəbul edir

Azərbaycan çempionatında yer tutan şahmatçılar mükafatlandırılıblar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var VİDEO

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib