RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BMT-NİN TİCARƏT VƏ İNKİŞAF ÜZRƏ KONFRANSININ BAŞ KATİBİ SUPAÇAY PANİTÇPAKDİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Prezident sarayında BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi Supaçay Panitçpakdini qəbul etmişdir.
Cənab Supaçay Panitçpakdi ölkəmizə səfərindən məmnun olduğunu bildirərək, bu səfərin Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri, o cümlədən qlobal enerji layihələrinin həyata keçirilməsi ilə bağlı aparılan işlərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını bildirdi.
Dövlətimizin başçısı ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar, dünya miqyaslı enerji layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində görülən işlərdən danışmışdır.