“AZƏRBAYCAN QLOBALLAŞMA DÖVRÜNDƏ: AVROPA VƏ BİZ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində Milli Strateji Təşəbbüslər Mərkəzi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Azərbaycan qloballaşma dövründə: Avropa və biz” mövzusunda dəyirmi masa keçirilmişdir.

Böyük Britaniyanın LİNKS – Yeni Nəsil Peşəkarlar Assosiasiyasının maliyyə dəstəyi ilə kecirilən tədbirdə bu ölkənin Lordlar Palatasının üzvü Qordon Strasblayn, İcmalar Palatasının üzvü, parlamentin Cənubi Qafqaz qrupunun rəhbəri Anqust Robertson, Milli Məclisin deputatı Gülər Əhmədova, Milli Strateji Təşəbbüslər Mərkəzinin sədri Fərhad Məmmədov çıxış edərək Azərbaycanda mövcud aktual məsələlər barədə, həmçinin, planetimizin vahid şəkildə dərk olunması - qloballaşmanın müsbət və mənfi keyfiyyətləri, ölkəmizin dünyaya inteqrasiyasında iqtisadi, siyasi və mədəni qloballaşmanın rolundan danışmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.