AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
AzerTAg.az
Zati-aliləri,
İlk öncə icazə verin, Sizi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə ürəkdən təbrik edim.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) əsasını qoyan üzv dövlətlərdən biri kimi, Azərbaycan Respublikası QİƏT çərçivəsində daim önəmli yer tutmuşdur. Bu, həmçinin Azərbaycan Respublikasının çox təsiredici və son dərəcə fəal sədrlik proqramı ilə də təsdiqlənmişdir.
Mən Zati-alinizlə keçirdiyim görüşləri böyük məmnunluq hissi ilə xatırlayıram. Bu görüşlərdə Sizin regional əməkdaşlığa ümumi baxışınız və böyük əhəmiyyət kəsb edən konkret regional layihələrin həyata keçirilməsinə töhfəniz mənə dərin təəssürat bağışlamışdır.
Biz həm Azərbaycan Respublikasının sədrliyi çərçivəsində, həm də ondan kənarda Sizin regional əməkdaşlığın inkişafına verəcəyiniz fəal dəstək və töhfəyə böyük ümid bəsləyirik.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz.
Səmimiyyətlə,
Səfir Valeri Çeçelaşvili
QİƏT-in Baş katibi
İstanbul, 13 avqust 2003-cü il.
Xəbərin mətnində orfoqrafik səhv var