SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ QƏRARI
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.11-ci və 28.2-ci maddələrinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar aşağıdakı bəzi seçki sənədlərinin nümunələri təsdiq edilsin:
1. Öz təşəbbüsü ilə deputatlığa namizəd irəli sürülmüş şəxsin sənədlərinin dairə seçki komissiyasına təqdim olunması barədə arayış;
2. Deputatlığa namizədliyi irəli sürülmüş şəxsin səlahiyyətli nümayəndəsi təyin olunmağa vətəndaşın razılıq ərizəsi;
3. Deputatlığa namizəd irəli sürmüş siyasi partiya, siyasi partiyalar bloku tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndənin razılıq ərizəsi;
4. Namizədliyi təsdiq edilmiş şəxsin səlahiyyətli nümayəndəsinin vəsiqəsi;
5. Namizəd irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun təyin etdiyi səlahiyyətli nümayəndənin vəsiqəsi;
6. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd irəli sürülmüş şəxslərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyasına verilməsi haqqında akt;
7. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd irəli sürülmüş şəxslərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi haqqında akt;
8. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə siyasi partiyalar, siyasi partiyaların bloku tərəfindən deputatlığa namizəd irəli sürülmüş şəxslərin müdafiəsi məqsədilə seçici imzalarının toplanması üçün imza vərəqələrinin verilməsi haqqında akt;
9. Qeydə alınmış namizəd tərəfindən vəkil edilmiş şəxslərin təyin edilməsi barədə ərizə;
10. Qeydə alınmış namizəd tərəfindən vəkil edilmiş şəxsin razılıq ərizəsi;
11. Qeydə alınmış namizəd tərəfindən vəkil edilmiş şəxsin vəsiqəsi;
12. Qeydə alınmış namizəd tərəfindən dairə seçki komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün vəsiqəsi;
13. Qeydə alınmış namizəd tərəfindən məntəqə seçki komissiyasına təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün vəsiqəsi;
14. Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi;
15. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi blanklarının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi haqqında akt;
16. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi blanklarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi haqqında akt;
17. Seçicilərə səsvermə (qeydiyyatdançıxma) vəsiqəsinin verilməsi reyestri;
18. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilərək, seçki günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə (qeydiyyyatdançıxma) vəsiqələrinin ləğv edilməsi haqqında akt;
19. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə dairə seçki komissiyasınadan məntəqə seçki komissiyasına verilərək, istifadə edilməmiş səsvermə (qeydiyyatdançıxma) vəsiqələrinin ləğv edilməsi haqqında akt;
20. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermədən sonra açılan seçki qutuları kilidlərinin nömrələri və sayı haqqında akt;
21. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt;
22. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki məntəqələrinin dislokasiyası.
Sədr Məzahir Pənahov
Müavin Svetlana Qasımova
Üzvlər Fuad Cavadov
Ramiz İbrahimov
Validə Kazımova
Qabil Orucov
Asif Mahmudov
Ənvər Əliyev
Xanmurad Əhmədov
Azər Tağıyev
İlham Məmmədov
Yusif Bağırzadə
Asəf Əliyev