SİYASƏT
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNDƏ
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 30 iyul tarixli 118 nömrəli qərarına əsasən “Kəndli (fermer) təsərrüfatının nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 12 avqust tarixli 441 nömrəli qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 2 avqust tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına edilmiş əlavə və dəyişikliklər”in 2-ci bəndi, “Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi, bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 22 noyabr tarixli 180 nömrəli qərarının 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklər və əlavələr edilən bəzi qərarlarının Siyahısı” təsdiq edilsin.
X X X
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 6.3 bəndinin, “Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 3-cü bəndinin 11-ci yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərenerji” Səhmdar Cəmiyyətinin “Dövlət Enerjinəzarət” İdarəsinin Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin birbaşa tabeliyinə verilməsi barədə” 2002-ci il 1 fevral tarixli 18 nömrəli qərarının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 29 iyul tarixli 117 nömrəli qərarına əsasən “Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamə” təsdiq edilsin.
Dövlət enerjinəzarətini həyata keçirən Azərbaycan Respublikası Yanacaq və Energetika Nazirliyinin dövlət enerjinəzarəti orqanı – “Dövlət Enerjinəzarət” idarəsinin say tərkibi 2002-ci il 1 sentyabr tarixindən 150 nəfər müəyyən edilsin.
Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinə tapşırılsın:
2002-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin “Dövlət Enerjinəzarət” İdarəsinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər çərçivəsində həmin idarənin xərclər smetasını və ştat cədvəlini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin;
zərurət yaranarsa həmin idarənin saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində müvafiq xərc maddələri arasında dəyişikliklərin aparılması üçün lazımi tədbir görsün.
2002-ci il 1 mart tarixindən “Dövlət Enerjinəzarət” İdarəsinin aparat işçilərinin vəzifə maaşları “Azərbaycan Respublikasının icra və məhkəmə hakimiyyəti orqanlarının işçilərinin əmək haqqlarının artırılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 29 yanvar tarixli 28 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1-ci hissəsində göstərilən respublika nazirliklərinin, dövlət komitələrinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının aparat işçilərinin vəzifə maaşları səviyyəsində, idarənin şəhər və rayon şöbələrinin işçilərinin vəzifə maaşları qərarın 2 nömrəli əlavəsində göstərilən şəhər və rayon icra hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları səviyyəsində təyin edilsin.
“Azərbaycan Respublikasında dövlət enerjinəzarəti (elektrik və istilik üzrə) haqqında Əsasnamənin təsdiqi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 3 oktyabr tarixli 135 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.
Hər iki qərar imzalandığı gündən qüvvəyə minir.
Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat mərkəzindən məlumat vermişlər.