RƏSMİ XRONİKA


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Mənim yaradıcılıq fəaliyyətimi yüksək dərəcədə qiymətləndirdiyinizə, məni ali dövlət mükafatları ilə, fəxri adlarla təltif etdiyinizə görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Respublikanın əməkdar artisti, xalq artisti, Prezident təqaüdü - bütün bu şərəfli təltiflər məhz Sizin adınızla, imzanızla bağlıdır. Bütün bunlar mənim üçün böyük bir sevinc və şərəfdir. Ömrümün və yaradıcılıq illərimin böyük bir hissəsi Sizin respublikamıza rəhbərlik etdiyiniz dövrə təsadüf edir. Bunun üçün mən öz taleyimdən çox razıyam və özümü xoşbəxt hiss edirəm. Sizinlə bir əsrdə yaşadığım üçün fəxr edirəm. Dərin bir sevgi və ehtiramla Sizin qarşınızda baş əyirəm. Ömrünüz uzun, zəkanız daha qüdrətli olsun. Sizə möhkəm cansağlığı arzu edirəm.

Zərnigar Ağakişiyeva

respublikanın xalq artisti.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin