RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycan Respublikasının Prezidenti kimi and içməyiniz münasibətilə Sizi məmnuniyyətlə təbrik edirəm.
İcazə verin, Sizə mühüm vəzifənin yerinə yetirilməsi işində uğurlar arzulayım. Mən ümid edirəm ki, Azərbaycan və Birləşmiş Millətlər Təşkilatı üçün qarşılıqlı əhəmiyyət kəsb edən məsələlər üzrə Sizin hökumətlə sıx işləyəcəyik.
Zati-aliləri, xahiş edirəm Sizə olan yüksək ehtiram hisslərimə əmin olasınız.
Kofi Annan,
BMT-nin baş katibi
Nyu-York, 31 oktyabr 2003-cü il.