RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu!
Heydər Əlirza oğlu ƏLİYEVİN vəfatı qəlbimizdə dərin kədər və qüssə hissləri doğurdu.
Biz şəxsiyyəti son onilliklərin tarixində və siyasətində dərin iz buraxan görkəmli rəhbəri və dövlət xadimini itirdik. Heydər Əlirza oğlu bizim üçün həmişə yüksək siyasi müdriklik, insanlıq, bəsirət və uzaqgörənlik nümunəsi olacaqdır.
Sizinlə, bütün ailənizlə, Azərbaycan xalqı və onun dostları ilə, Heydər Əlirza oğlunun xatirəsini əziz tutanların hamısı ilə birlikdə kədərlənirik.
Sizə ən dərin hörmət və ən səmimi hisslər bəslədiyimə əmin ola bilərsiniz.
Mixail Lebedev,
Sorbonna Beynəlxalq Siyasət
Mərkəzinin katibi.