RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Hörmətli İlham Heydər oğlu,
Azərbaycanın Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün Azərbaycan xalqına səmimi təbriklərimi göndərirəm.
Sizə daim möhkəm cansağlığı və tükənməz həyat enerjisi, dost ölkənizin xalqına isə sülh, bundan sonra da tərəqqi və inkişaf arzulayıram.
Hörmətlə,
Saparmurad Niyazov
Türkmənistan Prezidenti