RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Azərbaycanın Müstəqillik günü münasibətilə Əfqanıstan İslam Respublikasının dövləti və xalqı adından Sizi ürəkdən təbrik edim.
Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət əsasında qurulan münasibətlər ildən-ilə daha da möhkəmlənəcəkdir.
Zati-alilərinə cansağlığı və firavanlıq, xalqınıza isə uğurlar və tərəqqi arzulayıram.
Həmid Kərzai
Əfqanıstan İslam Respublikasının Prezidenti