MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının qızıl medalına layiq görülüb
Bakı, 11 iyun, AZƏRTAC
Serbiyada keçirilən “Good Light 2018” beynəlxalq fotomüsabiqədə AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl medalına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, FIAP-ın və Amerika Fotoqrafiya Cəmiyyətinin (PSA) birgə təşkil etdiyi müsabiqəyə 50 ölkədən 320 fotoqrafın beş minə yaxın əl işi təqdim edilib.
Müsabiqənin “Həlledici an” nominasiyasında İlqar Cəfərovun “Ştanqqaldıran qızın emosiyaları” fotoşəkli FIAP-ın qızıl medalına layiq görülüb. Müəllif bu fotoşəkli 2016-cı ilin avqustunda Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:21]
Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [14:59]