REGİONLAR


Abşeron rayonunun şəhid ailələri və qaziləri Naftalanda müalicə olunurlar

Naftalan, 4 avqust, Elcan Məmmədov, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər tariximizin ən parlaq səhifələrindən biri kimi xalqımızın milli iftixar və qürur mənbəyinə çevrilib. Vətənimizin ərazi bütövlüyünün qorunması, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət və cəmiyyət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Abşeron Rayon və Naftalan Şəhər İcra hakimiyyətlərinin birgə təşəbbüsü ilə Abşeron rayonundan olan bir qrup şəhid ailəsi və qazilər Müalicə və Sağlamlıq Mərkəzində müalicə alırlar.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov mərkəzdə şəhid ailələri və qazilərlə görüşüb, onların müalicə şəraiti ilə yaxından tanış olub. İcra başçısı qeyd edib ki, ölkəmizdə imtiyazlı ailələr, xüsusilə torpaqlarımızın müdafiəsi uğrunda aparılan mübarizədə şəhid olanların ailələri, övladları, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, onların ailə üzvləri daim dövlətimizin diqqətindədir. Həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva onların sosial-məişət problemlərini diqqət mərkəzində saxlayırlar.

Görüş zamanı şəhid ailələri və qazilər işğaldan azad olunmuş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən qürurla danışaraq ölkə rəhbərliyinə daim onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Abşeron Rayon və Naftalan Şəhər İcra hakimiyyətlərinin birgə layihəsi əsasında şəhid ailələri və qazilərin beynəlxalq turizm mərkəzi olan Naftalanda fəaliyyət göstərən Müalicə və Sağlamlıq Mərkəzlərində müalicəsi və istirahəti mütəmadi olaraq davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.