ELM VƏ TƏHSİL


Ədəbiyyat Muzeyinin əməkdaşları türk dünyasına həsr olunmuş beynəlxalq konfransda məruzə ediblər

Bakı, 24 iyun, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşları Türkiyənin Səlcuq, Adnan Menderes və Şimali Makedoniya Antropologiya institutlarının təşkilatçılığı ilə keçirilən türk sənəti, tarixi və folkloruna həsr olunmuş XV beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfransda professorlar Əhməd Aytac, Osman Kunduraçı, Rubin Zemon, Zoran Matevski və digər tanınmış alimlərin sənət tarixi, mənbəşünaslıq, türk tarixinə dair məruzə və çıxışları dinlənilib.

Beynəlxalq tədbirə onlayn qoşulan Ədəbiyyat Muzeyinin əməkdaşları ədəbiyyat, türkologiya, muzeyşünaslıq və s. mövzularda çıxışlar ediblər. Muzeyin elmi katibi Nuranə Əsədullayevanın “Poeziyada tarixi gerçəklik düşmən obrazları kontekstində”, Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri Kəmalə Nuriyevanın “İnsan hüznünün poetik ifadəsi baxımından ədəbiyyatda esxatoloji ünsürlər”, həmin şöbənin elmi işçisi Afət Qədirovanın “Cəfər Cabbarlının “Aydın” pyesinin ideya-bədii poetikası”, Mətbuat və informasiya şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlunun “I Bakı Türkoloji Qurultayı və onun siyasi-mədəni gerçəkləri”, Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın “Nizami muzeyinin müasir sərgisində təsəvvüf ədəbiyyatının təqdimatı”, Qadınlar Təşkilatının sədri Sevinc Heydərovanın “Ana dili milli varlığımız, milli qürurumuzdur” mövzularda məruzələri maraqla qarşılanıb.

Tədbir çərçivəsində iştirakçılar türk dünyasının sənət və mədəniyyət tarixini əks etdirən virtual sərginin nümayişini izləyib, musiqi ifalarını dinləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.