ELM VƏ TƏHSİL
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
Bakı, 19 noyabr, AZƏRTAC
Təhsil naziri Ceyhun Bayramov “2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edəcəklər. Müsabiqədə iştirak könüllü xarakter daşıyır. Müsabiqə Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, mütaliəyə maraqlarının gücləndirilməsi məqsədilə reallaşdırılır.
“Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdə təşkil olunur. Müsabiqənin məktəb mərhələsi bu ilin noyabr-dekabr, rayon (şəhər) mərhələsi gələn ilin yanvar-fevral, ölkə mərhələsi mart-aprel aylarında keçiriləcək.