DÜNYA
Afinada miqrantlar etiraz aksiyası keçiriblər
Bakı, 11 avqust, AZƏRTAC
Yunanıstanın paytaxtı Afinada Miqrasiya Xidmətinin ofisi qarşısında etiraz aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada suriyalı miqrantlar iştirak ediblər. Aksiya iştirakçıları Dublin Konvensiyasına uyğun olaraq ailələrin bir araya gəlməsi proqramında yol verilən ləngimələrə etiraz ediblər. Onlar ailələri ilə birləşmək üçün Almaniyaya köçmək istədiklərini bildirib, rəsmi Berlindən yardım istəyiblər. Miqrantlar “daha gözləmək istəmirik”, “sərhədlər ailələri dağıdır”, “yetərincə gözləmişik” kimi şüarlarlar səsləndiriblər.
BMT-nin hesabatına əsasən, Yunanıstanda qadın və uşaqlardan ibarət minlərlə miqrant ailələrinin birləşməsini gözləyir. Balkan marşrutunun bağlanması ilə əlaqədar 1 ildən artıqdır ki, 60 minə yaxın miqrant Yunanıstanı tərk edə bilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]