DÜNYA


Əfqanıstan ilə Çin arasında müntəzəm aviareyslər bərpa edilib

Əfqanıstan ilə Çin arasında müntəzəm aviareyslər bərpa edilib

Pekin, 24 may, AZƏRTAC

Əfqanıstanın milli aviadaşıyıcısı “Ariana Əfqan Hava Yolları” şirkəti mayın 24-dən etibarən paytaxt Kabil ilə Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhəri arasında müntəzəm sərnişin təyyarəsi uçuşlarını bərpa edib.

AZƏRTAC şirkətin açıqlamasına istinadla xəbər verir ki, sözügedən istiqamətdə müntəzəm uçuşlar COVID-19 böhranı səbəbindən təxminən üç il idi dayanmışdı. Uçuşlar həftədə bir dəfə reallaşacaq. “Ariana Əfqan Hava Yolları” iki ölkə arasında birbaşa uçuşları yerinə yetirən yeganə şirkətdir.

Əfqanıstanın nəqliyyat və aviasiya nazirinin müavini Qulam Cilani Vəfa bildirib ki, iki ölkə arasında birbaşa uçuşların bərpası iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.