DÜNYA
Əfqanıstan məscidlərində törədilən partlayışlarda ölənlərin sayı 60-a yaxınlaşıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Əfqanıstanda iki məsciddə törədilən partlayışlarda ölənlərin sayı 59-a çatıb, 55 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, yerli 1TV telekanalının bu ölkənin Daxili İşlər Nazirliyinə istinadla yaydığı məlumata görə, birinci partlayışı Kabil şəhərində şiələrə məxsus İmam Zaman məscidində, axşam namazı vaxtı terrorçu-kamikadze törədib. Partlayışdan sonra məsciddəki insanlar atəşə tutulub. Həlak olanlar arasında qadınlar və uşaqlar var.
İkinci partlayışın da terrorçu-kamikadze tərəfindən Qur vilayətindəki məsciddə törədildiyi bildirilir.
Terror aktlarının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]