DÜNYA
Əfqanıstanda qızıl mədəninin çökməsi nəticəsində 30 şaxtaçı həlak olub
Bakı, 6 yanvar, AZƏRTAC
Əfqanıstanın Bədəxşan vilayətində torpaq sürüşməsi nəticəsində qızıl mədəninin çökməsi ən az 30 şaxtaçının ölümünə səbəb olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Məlumatda 20 şaxtaçının da xəsarət aldığı qeyd olunub. Çökmə nəticəsində torpaq altında əlavə şaxtaçıların da olduğu istisna edilmir.
Qeyd edək ki, Bədəxşan vilayətində üç gündür kəskin hava şəraiti hökm sürür. Güclü qarın magistral yolları bağlaması nəticəsində vilayətin digər rayonlarla nəqliyyat əlaqəsi kəsilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]