CƏMİYYƏT
Ağalı sakini: Yenidən öz el-obamıza geri dönəcəyimizə görə sevinirik
Bakı, 9 sentyabr, AZƏRTAC
Şükürlər olsun ki, biz Zəngilanın Ağalı kəndinə, öz doğma torpaqlarımıza qayıdırıq. Allah bizə bu günləri yaşadan şəhidlərimizə rəhmət etsin.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Ağalı kəndinin sakini Cavid Məhərrəmov söyləyib.
Ağalı kəndindən çıxdığı zaman uşaq yaşlarında olduğunu bildirən kənd sakini deyib: “Bu günlərdə doğma torpaqlarımıza geri qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra yenidən öz el-obamıza geri dönəcəyimizə görə sevinirik. Bizə bu şəraiti yaratdığı üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk”.