CƏMİYYƏT


Ağcabədidə keçmiş məhkumun evindən 10 kiloqramdan çox marixuana götürülüb

Bakı, 10 iyul, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Avşar kənd sakini, əvvəllər məhkum olunmuş M.Rüstəmovdan heroin, yaşadığı evdən 10,5 kiloqram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.