REGİONLAR


Ağdam rayonunun Qızıl Kəngərli kəndi

Bakı, 1 oktyabr, AZƏRTAC

Ağdam rayonunun Qızıl Kəngərli kəndi Qaraman dağının ətəyində, Xaçın çayının sol sahilində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq, taxılçılıq və üzümçülük olub.

Kənddə məktəb, kitabxana, klub, tibb məntəqəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Kənddə orta əsrlərə aid qədim qəbiristanlıq, şimal-şərqdə ilk tunc dövrünə aid Boyəhmədli kurqanları var.

Kənd 1993-cü il iyulun 26-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

İkinci Qarabağ müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb.

AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Qızıl Kəngərli kəndinin görüntülərini təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.