REGİONLAR
Ağdam sakinlərinin qaz təchizatı ilə bağlı üzləşdiyi problemlər dinlənilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Ağdam sakinlərinin qaz təchizatı ilə bağlı üzləşdiyi problemlər dinlənilib.
“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, Ağdam rayonu, Quzanlı qəsəbə sakini səyyar qəbul otağında fərdi yaşayış evinin sonradan ödənişli (mexaniki tipli) qaz sayğacını öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Bənövşələr qəsəbəsinin sakininin də müraciəti eyni xarakter daşıyıb.
Ağdamda keçirilən “Açıq mikrofon” aksiyasında səslənən müraciətlərdən biri isə debitor borcun hissə-hissə ödənilməsinə icazənin verilməsi olub.
Hər bir müraciət Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.