REGİONLAR


Ağdamın Zəngişalı kəndində 640 şagird yerlik məktəb binası istifadəyə verilib

Ağdam, 15 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 15-də Ağdam rayonunda əsaslı təmir olunan Zəngişalı kənd tam orta məktəbinin binası istifadəyə verilib.

Məktəb binasının açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsaslı təmir işləri aparılan məktəb 640 şagird yerlikdir. Təhsil müəssisəsi sinif otaqları, fənn kabinələri, laboratoriyalar, idman və akt zalları, kitabxana, bufet və sair otaqlardan ibarətdir. Məktəbin həyətində nasosxana, qazanxana və transformator yarımstansiyası, içməli və yanğın əleyhinə su anbarları tikilib, hasarlar yenidən qurulub. Həyətdə, həmçinin idman meydançası inşa edilib, abadlıq işləri aparılıb. Məktəb binasında istilik, müşahidə, siqnalizasiya sistemləri qurulub. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.

Məktəbin qarşısında şəhid Samir Abdinovun büstü qoyulub.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 314 şagird oxuyacaq, məktəbəhazırlıq qrupunda isə 15 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 41 nəfər pedaqoji işçi çalışır.

Qonaqlar məktəbin qarşısında şəhid Samir Abdinovun büstü önünə əklil qoyub, sonra təhsil ocağında yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.