REGİONLAR
Ağsuda kənd məktəbləri üçün yeni binalar tikilib
Ağsu, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Təhsil Nazirliyinin sifarişi ilə Ağsu rayonunun Ərəbuşağı kəndində tam orta məktəb üçün inşa edilən ikimərtəbəli, 360 şagird yerlik binanın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hər cür avadanlıqla təchiz edilən 15 sinif otağı, 3 laboratoriya, 2 əmək otağı, kitabxana, qış idman zalı və s. tədrisin müasir standartlar səviyyəsində təşkilinə imkan verəcək.
Həmin gün Təklə kəndində də yeni istifadəyə verilən 80 şagird yerlik modul tipli tədris ocağının da açılışı müəllim və şagirdlər tərəfindən sevinclə qarşılanıb. Təhsil Nazirliyinin sifarişi ilə tikilən binada 9 sinif otağı, laboratoriya və digər kabinetlər var. Bütün otaqlar lazımi avadanlıqlarla təchiz olunub.
Kənd məktəblərinin açılışında rayon icra hakimiyyətinin və təhsil şöbəsinin məsul işçiləri iştirak ediblər.