CƏMİYYƏT
Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş layihəyə yekun vurulub
Bakı, 2 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin təşkilatçılığı ilə “Əhalinin sağlamlığının qorunmasına həsr olunmuş maarifləndirmə tədbirlərinin təşkili” layihənin son seminarı və bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İctimai Birliyin nümayəndəsi, eyni zamanda layihənin eksperti Ümidə Rəhimova layihənin əhəmiyyəti və məqsədi barədə geniş məlumat verib. Bildirib ki, layihənin məqsədi Bakıdakı ali və orta məktəblərdə tələbə və şagirdlər arasında seminarlar təşkil etməklə onları maarifləndirməkdir.
Sonda ekspert tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində 4 seminar təşkil olunub və bu seminarlara 200 nəfər yeniyetmə və gənc cəlb edilib.