MƏDƏNİYYƏT


Əhməd Qurbanov: Otellər yay fəslinə tam hazırdır

Bakı, 3 iyun, AZƏRTAC

Şamaxı, İsmayıllı, Qəbələ və Oğuz bölgəsi paytaxta daha yaxın olduğu üçün insanlar bu yerlərdə qısamüddətli, həftəsonu turlara üstünlük verirlər. Bu il də düşünürəm ki, adını çəkdiyim bölgə turistlərin marağına səbəb olacaq. Hazırda Bakı-Quba magistral yolu təmirdə olduğu üçün Quba-Qusar-Xaçmaz bölgəsinə istirahətə gedənlərin sayında azalma var.

Bu fikri Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Əhməd Qurbanov AZƏRTAC-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uzunmüddətli turlarda iştirak etmək istəyən insanlar daha çox uzaq bölgələrə - Qax, Zaqatala, Balakən zonasına səfər edirlər. O yerlərin havası, təbiəti insanları özünə cəlb edir.

Yaxın günlərdə ölkəyə kütləvi turist axınının olacağını deyən Əhməd Qurbanov diqqəti Formula-1 yarışlarına çəkib: “Bölgələrdə apardığımız monitorinqlər zamanı görürük ki, otellər yay fəslinə tam hazırdır. Bakıdakı mehmanxanalar da artıq öz işlərini bərpa ediblər. Qarşıdan Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqası yarışı gəlir. Bu səbəbdən də xarici turistlər paytaxtda gecələməyə üstünlük verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.