DÜNYA
“Air China” şirkətinin təyyarəsi terror təhlükəsi ilə əlaqədar təcili eniş edib
Pekin, 26 iyul, AZƏRTAC
“Air China” şirkətinə məxsus təyyarə Parisin “Şarl de Qoll” aeroportundan havaya qalxandan bir müddət sonra potensial terror aktı barədə məlumat əldə etdikdən sonra yenidən həmin hava limanına təcili eniş edib.
AZƏRTAC aviaşirkətin yaydığı məlumata istinadla xəbər verir ki, “CA876” nömrəli reyslə Parisdən Pekinə uçan təyyarə “Şarl de Qoll” hava limanından yerli vaxtla 12:59-da (Bakı vaxtı ilə 14:59) havaya qalxıb. Bildirilir ki, təyyarə insidentsiz eniş edib, xəsarət alan yoxdur. Hazırda məsələ ilə əlaqədar araşdırma aparılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]