ELM VƏ TƏHSİL


Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir

Bakı, 16 oktyabr, AZƏRTAC 

Birinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməyim haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı məni çox qürurlandırdı. Bu, təkcə mənə, mənim əməyimə deyil, Azərbaycan elminə göstərilən diqqət və qayğının təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli deyib.

O vurğulayıb ki, Azərbaycanda elmə, alimə dövlət səviyyəsində qiymət verilir. “Prezident İlham Əliyevə mənim əməyimə verdiyi dəyərə görə dərin təşəkkürümü bildirirəm. Azərbaycan elminə, xalqımıza, vətənimizə bundan sonra da layiqincə xidmət etməyə çalışacağam”, – deyə akademik İsa Həbibbəyli qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.