SİYASƏT


Akademik Qərib Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli” kitabı çapdan çıxıb

Bakı, 10 dekabr, AZƏRTAC 

Ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ərəfəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədovun “Aqrar islahatların Heydər Əliyev modeli” adlı kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, elmi redaktoru Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov olan kitab müasir Azərbaycanın memarı, dünya azərbaycanlılarının həmrəyliyinin təminatçısı, 45 il bundan əvvəl siyasi hakimiyyətə gəlişi ilə Azərbaycanı qüdrətli ölkəyə çevirən, əbədi istiqlalımıza nail olan ulu öndər Heydər Əliyevin aqrar siyasətinə, dahi rəhbərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət əhəmiyyətli proqram və layihələr nəticəsində əldə olunan nailiyyətlərə həsr edilib.

“Elm” nəşriyyatında çapdan çıxan Kitab üç bölmədən – “1969-1982-ci illərdə aqrar sahədə həyata keçirilən mühüm islahatlar nəticəsində Azərbaycan kompleks inkişafa nail oldu”, “1993-2003-cü illərdə gerçəkləşən aqrar islahatlar tarixə Heydər Əliyevin aqrar siyasəti kimi yazıldı” və “Heydər Əliyevin aqrar islahatları regionların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, milli dövlətçilik tarixində Lider – Varis ənənəsinin təntənəsinə stimul oldu” bölmələrindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.