CƏMİYYƏT
Akif Qurbanov: Virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır
Bakı, 29 avqust, AZƏRTAC
Virusdan qorunma tədbirləri diqqət mərkəzində saxlanılmalıdır. Qorunma tədbirləri bizi qrip və digər respirator xəstəliklərindən də qoruya bilər.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.
Onun sözlərinə görə, karantin tədbirləri yumşaldıqca sosial məsafə, maska və gigiyenik təmizliyə diqqət daha da artmalıdır.
O, həmçinin bildirib ki, təhsil müəssisələri açılan zaman əks-epidemik tədbirlər həyata keçirilərsə, koronavirusa yoluxmanın səviyyəsi artmayacaq.