DÜNYA
Aleksandr Vuçiç: Serbiya Ordusunda zirehli texnikanın sayı əvvəlki illərlə müqayisədə 46 dəfə artıb
Belqrad, 17 avqust, AZƏRTAC
Serbiya Ordusu üçün ötən beş ildə 204 zirehli texnika alınıb və daha 65 zirehli texnika isə sifariş verilib. Orduda zirehli texnikanın sayı 2018-ci ildən əvvəlki dövrə nisbətən 46 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
Ölkəsinin silahlanmağa davam etdiyini bildirən A.Vuçiç cari ilin sonuna kimi “Airbus”un istehsal etdiyi daha 11 ədəd “H145M” model, iki ədəd isə “Puma” helikopteri alacaqlarını qeyd edib.
Pilotsuz uçan aparatlara, raketlərə, həm döyüş, həm də xilasetmə helikopterlərinə ehtiyacın günbəgün artdığını deyən Serbiya Prezidenti əvvəlkindən 6-7 dəfə çox helikopterə sahib olmaq istədiklərini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [14:37]
Çin kosmosa yeni astronavtlar göndərir
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]
Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir
- 26.04.2024 [12:33]