SİYASƏT


Əli Əhmədov: Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil edib

Bakı, 12 iyun, AZƏRTAC

Müasir Azərbaycan tarixinin ən şərəfli anlarından olan Milli Qurtuluş Günündən 27 il ötür. Ümummilli lider Heydər Əliyevin tarixi qayıdışını ifadə edən Milli Qurtuluş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra tariximizin dönüş nöqtəsini təşkil edib. AXC-Müsavat hakimiyyətinin yaratdığı və xaos, anarxiya, iqtisadi tənəzzül, 1600 faizlik inflyasiya, erməni təcavüzünün genişlənməsi, ölkənin cənubunda və şimalında tüğyan edən separatizm, beynəlxalq təcrid və s. müşayiət olunan ağır və hərtərəfli böhran yalnız Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı. Bu, sözün əsl mənasında Azərbaycanın və onun müstəqilliyinin xilası demək idi.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Milli Qurtuluş Günü münasibətilə özünün “Facebook” səhifəsində paylaşıb.

Əli Əhmədov qeyd edib: “1993-cü il iyunun 15-dən başlayan Qurtuluş məfkurəsi Azərbaycanın müstəqil dövlətinin qurulması və onun möhtəşəm inkişafının əsasını təşkil edir. Xalqımız bugünkü sabitlik və əmin-amanlığa, yüksəliş və müasirləşməyə görə Heydər Əliyevin tarixi qayıdışına minnətdardır. Milli Qurtuluş bayramınız mübarək olsun!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.