SİYASƏT


Ali Hərbi Məktəbdə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC 

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni oxunub.

Çıxış edənlər Dövlət Bayrağı Günü münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Azərbaycan dövlətinin və istiqlalımızın müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu qeyd edilib, bayrağımızın işğal altındakı ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına əminlik ifadə edilib.

Sonda kursantların ifasında bayrağımıza həsr olunmuş şeir və mahnılar, təqdim edilən səhnəciklər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.