ELM VƏ TƏHSİL


Ali və orta ixtisas təhsili müəssisələri üçün “Microsoft Teams” platformasından pulsuz istifadə imkanı

Bakı, 1 aprel, AZƏRTAC

Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali və orta ixtisas təhsil pillələri üzrə “Microsoft Teams” platformasından ödənişsiz istifadə imkanı yaradılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, platformadan istifadə üzrə müəllim və tələbələr üçün videotəlimatlar hazırlanaraq videodərslər (video.edu.az) portalında yerləşdirilib.

Təhsil müəssisələri sözügedən platforma vasitəsilə videobağlantı imkanı əldə edərək məsafədən təhsil vermək, müəllim-tələbə müzakirəsinin təşkili üçün interaktiv alətlərdən istifadə, sillabus, mühazirə kimi müxtəlif dərs materialları və daha böyük həcmli materiallar ötürmək, təqvim aləti vasitəsilə onlayn dərsləri planlaşdırmaq, qrup işinin təşkili və qiymətləndirmə alətlərindən istifadə etmək kimi geniş imkanlardan faydalana bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.