SİYASƏT
Alman jurnalı AZƏRTAC-ın xüsusi müxbirinin yazısını dərc edib
Berlin, 5 dekabr, AZƏRTAC
Almaniyada nəşr olunan “Ştern” jurnalı AZƏRTAC-ın xüsusi müxbirinin bundestaqın bir qrup deputatının Bakıya səfəri barədə yazısını dərc edib.
AZƏRTAC xəbər verir ki, yazıda nümayəndə heyətinin Azərbaycan Dövlət Dillər Universitetində olmasından, qonaqların bu ali məktəblə, tələbələrin tədris proqramı ilə yaxından maraqlanmasından, universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə keçirilən görüşlərdən bəhs olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin