CƏMİYYƏT
Almaniya qəzeti Mina Təyinetmə Fondunun Azərbaycanda həyata keçirdiyi layihədən yazır
Berlin, 14 iyun, AZƏRTAC
Almaniyanın “FreiePresse” qəzetində "Oyunlar və super qəhrəmanlar uşaqları minalardan xəbərdar etməlidirlər" adlı məqalə dərc edilib.
Məqalədə keçmiş idmançı Nils Hegelin dostları ilə birlikdə minalarla mübarizə aparmaq məqsədilə Mina Təyinetmə Fondu təsis etdikləri və Fondun Azərbaycanda pilot layihə həyata keçirdiyi bildirilir. N.Hegelin Azərbaycanda uğurlu görüşlər keçirdiyi və minalanmış ərazilərdə yaşayan uşaqları maarifləndirmək, habelə tədris materialları işləyib hazırlamaq barədə razılığa gəlindiyi nəzərə çatdırılır. Təşkilatın tədris konsepsiyasının gələcəkdə uşaqların təhsil proqramına daxil edilməsinin planlaşdırıldığı qeyd olunur. Fondun xüsusi oyunlar, komikslər və super qəhrəmanlar vasitəsilə uşaqları minalar və onların təhlükəsi barədə məlumatlandırdığı vurğulanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin