İDMAN


Alonso 2021-ci ildə Formula 1-ə qayıda bilər

Bakı, 7 sentyabr, AZƏRTAC 

Formula 1-in ikiqat dünya çempionu Fernando Alonso 2021-ci ildə tətbiq edilməsi nəzərdə tutulan yeni reqlamentin qüvvəyə minməsindən sonra “böyük mükafat” uğrunda yarışlara qayıda biləcəyini istisna etməyib.

AZƏRTAC xəbər verir ki, “Motorsport” portalı ispaniyalı pilotun aşağıdakı sözlərini sitat gətirib: “Düşünürəm ki, məni Formula 1-dən kənarda gözləyən bir-iki problemi həll etməliyəm. Mən hələ “İndianopolisdə 500 mil” yürüşündə öz işimi başa çatdırmamışam, bir neçə digər məsələlər də qalır. Zənnimcə, yeni reqlamentin qüvvəyə minməsi ilə Formula 1 indikindən daha fərqli olacaq.

Yarışlardan uzaqlaşmama səbəb olan problemlər hələ də qalır. Bir komanda hegemonluq edir və yürüşlərin sonu o qədər də fərqli olmur. 2021-ci ildə hər şey dəyişə bilər və mümkündür ki, bu dəyişikliklər qayıtmağım üçün yaxşı imkan yaratsın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.