İDMAN
Alvaro Morata daha bir mövsüm İtaliyada qala bilər
Bakı, 23 fevral, AZƏRTAC
“Yuventus”a icarəyə verilən “Atletiko Madrid”in hücumçusu Alvaro Morata daha bir mövsüm İtaliyada qala bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Goal.com” saytında məlumat verilib. Hazırda ispaniyalı futbolçunun 45 milyon avroya alınması seçimi olsa da, klub rəhbərliyi futbolçunun transferi üçün başqa həll yolunu düşünür. Belə ki, “Yuventus” Moratanın növbəti mövsümün sonunadək icarə müddətini 10 milyon avroya uzatmaq, sonra - 2022-ci ildə isə 35 milyon avroya almaq istəyir.
Bu mövsüm A.Morata keçirdiyi 28 matçda 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:13]
"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq
- 26.04.2024 [14:42]
Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb
- 26.04.2024 [14:26]
Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur
- 26.04.2024 [14:02]
Azərbaycan çempionu: Bu nəticədən sonra millidə çıxış edə bilərəm
- 26.04.2024 [13:39]
AFFA Premyer Liqanın 6 klubunu cərimələyib
- 26.04.2024 [13:23]